"Rusiya çalışır ki, parad maksimum təhlükəsizlik şəraitində keçsin"- Politoloq

"Rusiya çalışır ki, parad maksimum təhlükəsizlik şəraitində keçsin"- Politoloq
09:58

"Rusiya çalışır ki, 9 May Qələbə Günü münasibətilə keçiriləcək hərbi parad maksimum dərəcədə təhlükəsiz şəraitdə baş tutsun".

Politoloq Elnur Ənvəroğlu bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Bu il tədbir həm də beynəlxalq diqqət mərkəzindədir, çünki bir sıra dünya liderlərinin, xüsusilə də Çin Xalq Respublikasının rəhbərinin tədbirdə iştirakı gözlənilir. Çin rəhbərinin Rusiyaya səfəri isə son 45 ilin siyasi münasibətləri fonunda xüsusi əhəmiyyət kəsb edir və bu səfər iki ölkə arasındakı strateji tərəfdaşlığın simvolik göstəricisi kimi dəyərləndirilir.

Rusiya tərəfi, belə yüksək səviyyəli iştirakçıların olduğu bir mərasimdə istənilən risklərin qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldırıb. Həmçinin mümkün hücum və ya təxribatlara qarşı qabaqlayıcı tədbirlər planlaşdırılır. Ukraynanın bəlli hərbi strategiyaları və Moskva istiqamətinə yönəlmiş hücum ehtimalları artıq Rusiya tərəfindən yaxından izlənilir. Bu risklər nəzərə alınaraq, Rusiya müvafiq hazırlıqlar görür və təhlükəsizlik qüvvələri gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Hazırkı geosiyasi gərginlik və müharibə şəraiti fonunda, bu kimi tədbirlərin təhlükəsiz şəkildə keçirilməsi Rusiya üçün həm simvolik, həm də strateji baxımdan olduqca önəmlidir. Buna görə də, Kremlin təhlükəsizlik orqanları və müvafiq qurumlar bütün ehtimalları nəzərə alaraq, paradın problemsiz və uğurla keçirilməsi üçün əlindən gələni edir."


Sizin reklam burada
Sizin reklam burada