Rusiya Azərbaycan qazını Ukraynaya ötürən stansiyanı VURDU

Rusiya Azərbaycan qazını Ukraynaya ötürən stansiyanı VURDU
15:43

Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib.

Bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, Rusiya Ukraynanın Odessa regionunda Qaz Nəqli Sistem Operatorunun stansiyasına məqsədyönlü şəkildə hücum edib. Məlumata görə, stansiya Rusiya tərəfindən dron hücumuna məruz qalıb.


Bu infrastruktur vasitəsilə Amerika maye təbii qazı (LNG) və test həcmlərində Azərbaycan qazı nəql olunurdu.

Xatırladaq ki, ötən həftə Ukraynanın "Naftogaz" Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında ilk müqavilə imzalayıb.


Sizin reklam burada
Sizin reklam burada