Rusiya tərəfi İranın nüvə proqramı ilə bağlı problemin həllində Tehrana yardım etməyə hazırdır. Rusiya mediasının yaydığı məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz əminik ki, danışıqlar prosesinin bütün iştirakçılarının siyasi iradəsi olarsa, İranın nüvə proqramı məsələsi diplomatiya yolu ilə həll oluna bilər və həll edilməlidir”,- Peskov vurğulayıb. O qeyd edib ki, Rusiya və ABŞ arasında danışıqların başlaması Rusiya ilə İran tərəfinin qarşılıqlı fəaliyyətinə təsir göstərməyəcək.
Tural