Kimi toyu həyətində çadır qurub edir, kimi isə restoranlara üz tutur. El arasında palatka toyu deyilən mərasimin təşkili bir o qədər də pul aparmır. Çadır, qab-qacaq, stol-stulun birlikdə icarəsi 300-500 manat arası dəyişir. Qida, musiqi və çəkiliş xərclərini nəzərə alsaq ümumilikdə, kiçik həcmli toy 3000-5000 manata başa gəlir.
News365.az xəbər verir ki, bölgələrdə şadlıq saraylarında toy etmək istəyənlər isə menyu daxil təxminən 10 min manata yaxın xərc çəkməli olur.
Bildirilir ki, hazırda palatka toylarına maraq olduqca azalıb. Səbəb isə bu işin çox əziyyətli olmasıdır.
Paytaxtın şadlıq saraylarında isə kiçikhəcmli toylar təxminən 15-20 min manata başa gəlir.
Daha ətraflı süjetdə: