Rəşad Məmmədov Dövlət Bağçalı ilə görüşdü - FOTO

Rəşad Məmmədov Dövlət Bağçalı ilə görüşdü - FOTO
26 Noy 2024 14:18

Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb.

News365.az-ın məlumatına görə, səfir bu barədə feysbuk səhifəsində paylaşım edib.

Görüş MHP-nin qərargahında keçirilib.

"Türk dünyasına, türklüyünə və türk idealına bağlı olan cənab başqanla apardığımız müzakirələrdə Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf etməsindən məmnunluğumuzu bildirdik. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə strateji müttəfiq olan iki qardaş ölkə arasında əməkdaşlığın bütün sahələrdə davam etməsinin önəmini vurğuladıq", - səfir bildirib.



Youtube kanalımız

Oxşar xəbərlər