“Son vaxtlar dünyada iqlimlə bağlı
ciddi skeptisizm müşahidə olunur. İqlim gündəmini fəal şəkildə təbliğ edən qüvvələr
sarsıdıcı məğlubiyyətə uğramağa başladılar. Bunu Bayden/Harris komandası,
Almaniya, Fransa haqqında demək olar. Biz görürük ki, əvvəllər ekoloji gündəmi
irəli sürən Qərb dövlətləri indi ciddi daxili problemlər yaşayır və iqlim
problemləri bunun fonunda kənara çəkilib”.
News365.az xəbər verir ki, bunu Siyasi
Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib. O bildirib ki, Azərbaycan COP29-un hazırkı sədri kimi nəticələrin
olmamasının qarşısını aldı:
“Çünki konfransda iqlimin maliyyələşdirilməsinin
razılaşdırılması ilə bağlı danışıqlar çox çətin keçdi və sammit daha bir günə
uzadıldı. İnkişaf etməkdə olan ölkələr onlar üçün vahid iqlim maliyyəsinin yaradılmasını
tələb etdilər, Qərb bloku ölkələri maliyyələşdirmə rəqəmini azaltmağa hər cür cəhd
göstərdilər. Axı obyektiv baxsaq, Qərb ölkələri hazırda iqlimlə maraqlanmır,
Ukraynaya sərmayə qoymalıdırlar, onlar tamamilə lazımsız müharibəyə qarışıblar
və buna görə də bu dövlətlərin iqtisadiyyatının səmərəliliyi aşağı düşür. Və
belə başa düşülür ki, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə
mübarizənin əsas yükü inkişaf etmiş ölkələrin üzərinə düşür.
Nəticədə, Bakıda keçirilən COP29-da
illik iqlim maliyyələşdirməsini üç dəfə artırmaq mümkün oldu. Əgər əvvəllər 100
milyard dollar idisə, indi razılaşdırılmış məbləğ 300 milyard dollardır. Bundan
əlavə, Azərbaycan BMT-nin iqlim konfransının sədri kimi illik maliyyələşdirmənin
1,3 trilyon dollara çatdırılması ilə bağlı gələcək hədəf təyin etməyi təklif
edib. Həmçinin iqlim konfransında Paris sazişinin 10 il ərzində razılaşdırıla
bilməyən 6-cı maddəsi təsdiq edilib. Bundan əlavə, inkişaf etməkdə olan ölkələrə
yardım üçün itkilərin və zərərin ödənilməsi üzrə Fondun tam fəaliyyətə
başlaması barədə razılaşmalar əldə olunub. Çətin geosiyasi vəziyyətdə və qlobal
Şimalla qlobal Cənubun bir-birini anlamaması şəraitində bunu böyük nailiyyət
hesab etmək olar. BMT-nin baş katibi də bunu vurğuladı. Azərbaycan demək olar
ki, mümkün olmayana nail olub”.
News365.az