Məlum olduğu kimi, 2024-cü il dekabrın 1-də Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək.
Bu barədəNews365.az -a DİM-dən məlumat verilib. Mərkəzdən bildirilib ki, iddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər.
Qeyd edək ki, iddiaçı imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iddiaçı imtahana buraxılmayacaq.