"Fransa xarici siyasətində çox ciddi şəxsiyyət, ziya, ağıl və idrak problemi var."
Politoloq Elçin Alıoğlu bunu News365.az-a açıqlamasında deyib.
"Ofel bulvarındakı binada çalışanların çoxusu konyunkturaçılardır. Bunu Fransa cəmiyyətində nüfuzu olan hər kəs deyir. Makron iqtidarında indiki xarici siyasətdə rüsvayçı, byabrçı siyasət Fransanın tarixində yalnız Vişi hökümətində olmuşdu. Fransa Azərbaycana qarşı hər bir iddianı irəli sürə bilər. Xəzərdəki suitilərinin sayının azalmasından tutmuş, xaricdəki Azərbaycan səfirliyinin fəaliyyətində adde-Fransa məhdudiyyətlərinə qədər. Amma bu boş məsələdir.
Qərbi Azərbaycan məsələsini biz ortaya atmamışıq. Qərbi Azərbaycan bizim tarixi yurd yerimizdir. Biz Ermənistana qarşı ərazi iddiaları ilə çıxış etmirik, belə bir niyyətimiz də yoxdur. Bizim Ermənistana sadəcə ədalət və vicdan iddiamız var. Fransa Ermənistandan istifadə edir. Ermənilər özləri də bunu artıq başa düşürlər. Ermənilərin siyasi düşünənləri, analitikləri, politoloqları bildirirlər ki, bizdən alət kimi yararlanırlar. Bunu başa düşürlər."- deyə bildirib.
News365.az