Azərbaycan-ABŞ əlaqələrində yeni imkanlar- TƏHLİL

Azərbaycan-ABŞ əlaqələrində yeni imkanlar- TƏHLİL
26 Noy 2024 08:58
Azərbaycan Prezidenti Ilham Aliyev -in ABŞ Prezidenti seçilmiş Donald Tramp ilə telefon danışığı iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətini göstərir İlham Əliyevin bu zəngi Azərbaycanın ABŞ ilə əlaqələrə verdiyi önəmi və bu tərəfdaşlığı dərinləşdirmək istəyini göstərir.
Bunun üçün yaxın keçmişə bağlı uğurlu keys mövcutdur.Trampın birinci prezidentliyi dönəmində Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və təhlükəsizlik sahələrində uğurlu olub.
Donald Tramp adminstrasiyası Cənub Qaz Dəhlizinə dəstək verdi. Bu dəstək həmçinin layihənin reallaşdırılması üçün təlıb edilən vəsaitin cəlb olunmasınada müsbət təsir göstərdi. Xüsusi ABŞ maliyyə mınbələrindən vəsaitin cəlb edilməsi üçün bu dəstəyin xüsusi önəmi olmuşdur.
İki ölkə arasında ticarət dövriyyəsi Trampın dövründə 900 milyon dollar səviyyəsinə çatdı. Paralel olaraq hümanitar sahədə əməkdaşlıqda müsbət nəticələrlə yadda qalıb.
Bu zəng göstərdi ki, Azərbaycan-ABŞ münasibətləri yalnız keçmiş nailiyyətlərlə məhdudlaşmır. İkitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar mövcuddur.Ən əsası hər iki tərəfin bu əməkdaşlığı dərinləşdirmək üçün siyasi iradəsi mövcutdur.
Ən əsası Azərbaycan milli maraqları və regional sabitlik naminə ABŞ-la əlaqələrin güclənməsi üçün mühüm addım atmış oldu.
Aqil Məmmədov, ekspert

Youtube kanalımız

Oxşar xəbərlər