ABŞ Meksika mallarına rüsum tətbiq edərsə, cavab tədbirləri görəcəyik.
News365.az xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum deyib.
Qeyd edək ki, daha öncə yeni seçilmiş Prezident Donald Tramp ABŞ-a qanunsuz miqrant və narkotik axınını məhdudlaşdırmayacağı təqdirdə Meksikanın mallarına 25 faiz rüsum tətbiq edilə biləcəyini bildirib.