“Rusiya Veteranları” ictimai hərəkatının üzvləri Vladimir Putinə məktub yazaraq məşhur serb rejissoru Emir Kusturitsaya Rusiya vətəndaşlığı verilməsi imkanını nəzərdən keçirməyi xahiş ediblər. Bu barədə SHOT məlumat yayıb.
Fəallar Kusturitsanın rus mədəniyyətinin xaricdə təbliğində xidmətlərini qeyd ediblər. Onlar bildirdilər ki, rejissorun əsərləri adət-ənənələrə və mənəvi dəyərlərə dərin ehtiramla aşılanıb və buna görə də o, rus xalqına yaxındır.
“Biz əminik ki, ona Rusiya vətəndaşlığının verilməsi xalqlarımız arasında mədəni əlaqələrin möhkəmləndirilməsində mühüm addım olacaq”, - deyə ictimai fəallar məktubda vurğulayıblar.
Tural