Rəşad İsmayılov Birol Akgünlə görüşdü

Rəşad İsmayılov Birol Akgünlə görüşdü
17:36

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov arasında görüş keçirilib.

Bu barədə News365.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub.

Eyni zamanda, Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Sizin reklam burada
Sizin reklam burada