Türkiyədə 6 yaşlı qızın istismarı işi üzrə məhkum edilmiş şəxs azadlığa buraxılıb.
News365.az xəbər verir ki, o, 6 yaşlı qızını erkən yaşda evləndirərək istismarına şərait yaratmaqda təqsirli bilinirdi.
Məlumata görə, məhkəmənin qərarı ilə Gümüşelin azadlığa buraxılmasından sonra din xadimi kimi tanınan Cübbəli Ahmet sosial şəbəkə hesabında paylaşım edərək bunu “böyük müjdə” adlandırıb.
Onun açıqlamaları sosial şəbəkələrdə və ictimaiyyətdə narazılıqla qarşılanıb.