Redaksiyamızın əməkdaşı Vətənin səsinə səs verdi!- FOTO

Redaksiyamızın əməkdaşı  Vətənin səsinə səs verdi!- FOTO
09 İyl 2025 21:05

News365.az ailəsində gözəl bir hadisə yaşanıb. Redaksiyamızın əməkdaşı Kamal Hüseyn həqiqi hərbi xidmətə yola düşüb.

Bir neçə il əvvəl  News365.az ailəsinə qoşulan Kamal qısa zamanda öz çalışqanlığı, işə məsuliyyəti ilə hər kəsin hörmətini qazanıb. Ən əsası Kamal hər kəsə yaxşı dost, yoldaş olub. Ona görə də bu ayrılıq redaksiyada hər kəsi məyus edib. Amma təsəllimiz odur ki, Kamalın bu gedişinin müqəddəs bir məramı var. O da hər bir vətənpərvər azərbaycanlı kimi Vətən qarşısında borcunu ödəməyi özünə şərəf bilir.

Ona görə də ümidvarıq ki, bir il sonra Kamal Vətən qarşısında borcunu layiqincə ödəyib sıralarımıza qayıdacaq.

Yolun açıq olsun, Kamal Hüseyn!

Hörmətlə, News365.az ailəsi 


Sizin reklam burada
Sizin reklam burada