Qusarda yanan ikimərtəbəli evin sahibi danışdı.
Zərərçənlər hadisə barədə News365.az-a – danışıb. Onlar bildirib ki, gecə saatlarında baş verən yanğın qıza zamanda digər otaqlara da bürüyüb.
Buna görə də evdən heç bir əşya çıxara bilməyiblər. Zərərçəkənin qaynatası Şıxbaba Xoşmetovun sözlərinə görə əraziyə FHN-nın yanğın yanğından mühafizə bölmələri gəlsə də artıq gec olub.
“ Hadisə gecə saat 2-də baş veribdir. Yanğın baş verib alt hissədən. Sonra keçib ikinci mərtəbəyə. Tam külə dönüb içindəki əşyalarla bir yerdə. Şükürlər olsun ki, xəsarət alan yoxdur. Təxminən 25 minə yaxın ziyan dəyibdir”.
Hadisə barədə danışan Raisə Abdıyueva deyib ki, yanğında iki gəlininin cehizi də yanıb, kül olub.
“Bütün əşyalarla yanıb kül oldu. İki gəlinin cehizi də var. İki dənə mebel yandı. Divan, kreslo, stol, sutul var. Palaz da var. Hər şey yanıb, kül oldu. Hadisə gecə saat 2-də olduğundan yanğını söndürmək mümkün olmadı”.
Qeyd edək ki, hadisə zamanı ev sahibinə 25-minə kimi ziyan dəyib.
***
Qusarda iki mərtəbəli ev yanaraq külə döndü.
News365.az xəbər verir ki, Qusarda gecə saatlarında iki mərtəbəli ev yanıb.Hadisə nəticəsində ev sahibinə 25-minə kimi ziyan dəyib.
Hadisə Quxuroba kəndində qeydə alınıb.Evin birinci mərtəbəsində baş verən yanğın daha sonra digər otaqlara da keçib.
Nəticədə 8 otaqlı,iki mərtəbəli ev yanaraq külə dönüb. Yanğın yerinə Qusar rayon Dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb.
Yaxınlıqdakı tikililər mühafizə olunub.
Xəbər yenilənəcək