Ukraynaya məxsus pilotsuz təyyarənin Belqorodda məhkəmə binasına zərbə endirməsi anı videoya çəkilib. Həmin vaxt binada qubernator Vyaçeslav Qladkov da olub.
Yerli media yazıb ki, cümə günü səhər Belqorod vilayətinin qubernatoru Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsinin hücumunun nəticələrini araşdırmaq üçün Oktyabrski rayon məhkəməsinə gəlibmiş.
Yayılan kadrlarda Qladkovun ofisləri gəzməsi, sınmış pəncərələrə baxması, məhkəmə işçiləri və təhlükəsizlik qüvvələri ilə danışığı görünür. Bu zaman növbəti partlayış səsi eşidilir. Bu, binaya hücum edən ikinci dron olub.
Tural