Ukrayna Rusiyanın Samara bölgəsinə kütləvi hücum təşkil edib.
News365.az xəbər verir ki, bölgədə yerləşən iki böyük neft emalı zavodu hücumların əsas hədəfi olub.
Söhbət böyüklüyünə görə Rusiyanın ilk 15 neft emalı müəssisəsi sırasında olan Novokuybışevsk və Sızran zavodlarından gedir.
Bundan əlavə, bölgədəki yerli neft nasos stansiyası da zərbələrə məruz qalıb.
Hər üç obyektdə çoxsaylı və güclü yanğınlar başlayıb.