"Hər cür biabırçılıq nümayiş etdirildi” -Ərdoğan

"Hər cür biabırçılıq nümayiş etdirildi” -Ərdoğan
28 Mar 2025 22:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə daxilindəki ana müxalifətin özünə nəzarətin itirdiyini bildirib.

O, bu barədə İstanbulda çıxışı zamanı deyib.

“Onlar özlərinə nəzarəti o qədər itiriblər ki, artıq Qərbə yalvarırlar. Gənclərin arxasında gizlənməyə, əcdadlarımızın mirası olan məscidlərimizə hörmətsizlik etməyə qədər hər cür biabırçılıq nümayiş etdirildi”, - dövlət başçısı söyləyib.

Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə hökuməti hakimiyyət daxildə sabitliyin pozulmasına və gənclərin alət kimi istifadə olunmasına icazə verməyəcək.


Sizin reklam burada
Sizin reklam burada