Kadi rusiyalı qapıçıdan niyə üzr istəyib?

Kadi rusiyalı qapıçıdan niyə üzr istəyib?
28 Mar 2025 23:15

Premyer Liqanın 28-ci turunda “Qarabağ”a qarşı keçirilən oyunda (1:4) “Turan Tovuz”un qapıçısı İvan Konovalovla Kadi Borges arasında mübahisə yaşanıb. 

Oyundan sonra jurnalistlərə açıqlamasında rusiyalı qolkiper bu barədə geniş danışmaq istəmədiyini söyləyib. 

“Kadi penaltidən hesabı açdıqdan sonra sizə nə dedi ki, insident yaşandı?” sualına cavabında Konovalov deyib: “Bu, ikimiz arasında olan məsələdir. O, daha sonra hərəkətinə görə üzr istədi. Odur ki, bu məsələni müzakirə etməyə dəyməz. O dedi, mən dedim, daha sonra yaxınlaşdı və sözlərinə görə üzrxahlıq etdi”.


Sizin reklam burada
Sizin reklam burada