Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümündə sonuncu - 4-cü dövrə start götürüb.
Çempionatdakı 12 günlük fasilə 28-ci turun bu günə nəzərdə tutulan 1 matçı ilə yekunlaşacaq. Lider "Qarabağ" 4-cü pillədəki "Turan Tovuz"la qarşılaşır.
Hazırda Ağdam təmsilçisinin aktivində 64, Tovuz klubunun aktivində isə 43 xal var.
Cari mövsüm Qurban Qurbanovun komandası Kurban Berdıyevin kollektivinin müqavimətini qırmağı bacarmayıb. Bu komandalar arasında 1-ci dövrənin oyununda "Turan Tovuz" 1:0 hesabı ilə qalib gəlib. 2-ci dövrənin matçı heç-heçə ilə bitib. 3-cü dövrənin görüşündə də "Turan Tovuz" üstün olub - 2:1.
28 mart (cümə)
19:35. “Turan Tovuz” – “Qarabağ” - 1:2 (Fasilə)
Qollar: Kadi Borqes, 16 - pen. (0:1), Aleks Souza, 30 (1:1), Nəriman Axundzadə, 32 (1:2)
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Tovuz şəhər stadionu
29 mart (şənbə)
16:45. “Neftçi” – “Araz-Naxçıvan”
19:00. “Sumqayıt” – “Sabah”
30 mart (bazar)
16:00. “Kəpəz” – “Səbail”
18:00. “Zirə”– “Şamaxı