Gəncədə su qızdırıcısının partlaması nəticəsində xəsarət alan şəxs 13 gün sonra xəstəxanada ölüb.
Ağır yanıq xəsarətləri alan 1968-ci il təvəllüdlü Əli Xudiyev bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, martın 15-də mərhumun işlədiyi zavodda su qızdırıcısı partlayıbmış.
Faktla bağlı araşdırma aparılır.