İsveçdə məscidə “Molotov kokteyli” atıldı

İsveçdə məscidə “Molotov kokteyli” atıldı
28 Mar 2025 18:15

İsveçdə naməlum şəxs Uddevalla bələdiyyəsindəki məscidə “Molotov kokteyli” atıb.


News365.az xəbər verir ki, bu barədə SVT telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.


Polisin məlumatına görə, məsciddə olan iki nəfər yanğını operativ şəkildə söndürüb. Hadisə gecə saatlarında baş versə də, şübhəlilər hələ müəyyən edilməyib.


"Orada olanların çevik reaksiyası sayəsində yanğının yayılmasının qarşısı alınıb. Biz bütün halları araşdırırıq", - hüquq-mühafizə orqanlarından bildirilib


Sizin reklam burada
Sizin reklam burada