Sabah “Tesla” əleyhinə 200-dən çox aksiya keçiriləcək

Sabah “Tesla” əleyhinə 200-dən çox aksiya keçiriləcək
28 Mar 2025 21:36

Şənbə günü ABŞ-nin 30-dan çox ştatında milyarder İlon Maska məxsus “Tesla” şirkətinə qarşı 200-dən çox “zorakılıqsız etiraz aksiyası” planlaşdırılıb.

Bu barədə NBC News kanalı məlumat yayıb.

Hərəkatın təşkilatçılarının satışları və sərvətinin əsasını təşkil edən elektrik avtomobil şirkətinin səhmlərinin qiymətini aşağı salmaqla İlon Maskın siyasi mövqeyinə xələl gətirməyə ümid etdikləri deyilir.

“Bluesky” onlayn platformasındakı nəşrdə deyilir ki, ABŞ-də “Tesla”nın 277 obyekti yaxınlığında etiraz aksiyaları keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada