Ağsuda ağır qəza olub: 8 nəfər xəsarət alıb

Ağsuda ağır qəza olub: 8 nəfər xəsarət alıb
28 Mar 2025 21:29

Ağsu rayonunda baş vermiş avtomobil qəzası nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlardan birinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. İlkin ehtimallara görə, qəza yol hərəkəti qaydalarının pozulması və ya sürücünün idarəetməni itirməsi nəticəsində baş verə bilər

Daxili İşlər Nazirliyinin Şəki Regional Qrupundan verilən məlumata görə, faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə yerində müvafiq ekspertizalar aparılır və qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.


Sizin reklam burada
Sizin reklam burada