Avtomobil 72 yaşlı motosikletçini vuraraq öldürdü

Avtomobil 72 yaşlı motosikletçini vuraraq öldürdü
28 Mar 2025 18:45

Kürdəmirdə avtomobil motosikletçini vuraraq öldürüb.


News365.az xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.


Belə ki, həmin yolda dönmə əməliyyatını həyata keçirən Ramin Bayramovun sürdüyü "Changan" markalı avtomobil hərəkətdə olan motosikleti vurub.


Hadisə nəticəsində motosikletin sürücüsü Şamaxı rayon sakini, 1953-cü il təvəllüdlü Tahir Əkbərov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır


Sizin reklam burada
Sizin reklam burada