İsrail ordusu Beyrutu vurdu

İsrail ordusu Beyrutu vurdu
28 Mar 2025 20:27

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın paytaxtı Beyrutun cənubundakı Hadas qəsəbəsində "Hizbullah"ın hədəflərinə hücum edib.

Bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, mövqelərə iki raket zərbəsi endirilib. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Məlumata görə, hava hücumuna məruz qalan ərazilərdən insanlar əvvəlcədən təxliyə edilib.

İsrailin hava hücumu 27 noyabr 2024-cü ildə atəşkəs sazişinin imzalanmasından sonra Beyruta ilk hava hücumu olub.


Sizin reklam burada
Sizin reklam burada