Qəzzada yaşayan fələstinlilər İsrailin bu əraziyə humanitar yardımların çatdırılmasını əngəlləmək qərarına görə aclıqla üzləşiblər. Bu barədə “Əl-Cəzirə” telekanalı anklav hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məqalədə Qəzza zolağı hökumətinin sözçüsü İsmayıl Əl-Təvabın açıqlamasına istinad edilib. Onun dsözlərinə görə, təxminən bir aya yaxındır ki, ərzaq və zəruri mallar Fələstin anklavına çatmır.
“Söhbət Qəzza zolağına girməli olan humanitar yardım daşıyan 20 min yük maşınından gedir. Lakin israillilər onların heç birinin əraziyə keçməsinə imkan verməyiblər”, - Əl-Təvabta bildirib.
O, əlavə edib ki, yəhudi dövlətinin ordusu həmçinin yanacaqla dolu 2000-ə yaxın yük maşınının anklav ərazisinə buraxılmasından imtina edib.
Mətbuat xidmətinin nümayəndəsinin sözlərinə görə, bu fonda bütün Qəzza zolağında çörək sexləri kütləvi şəkildə bağlanmağa başlayıb. Eyni zamanda, rəsmi iddia edib ki, ictimai mətbəxlər mütəmadi olaraq İsrail Müdafiə Qüvvələri (ÇAXAL) tərəfindən hücuma məruz qalır.
"Biz Qəzza zolağında qida çatışmazlığı, aclığa görə ABŞ administrasiyası və İsrail ordusunun məsuliyyət daşıdığını bəyan edirik", - Əl-Təvabta vurğulayıb.
Tural