Türkiyədə bəraət alan 5 nəfər barədə həbs qərarı verilib.
News365.az xəbər verir ki, Türkiyədə 17 yaşlı Eyüp Arıcının ölümü ilə bağlı iş üzrə daha əvvəl bəraət alan 5 nəfər haqqında yuxarı instansiya məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb.
Aşağı instansiya məhkəməsinin qərarına əsasən, təqsirləndirilən K.B. və M.F.K. 16 il müddətinə azadlıqdan məhrum edilmiş, digər şəxslər isə bəraət alıb.
Prokurorluq bu qərardan apellyasiya şikayəti vermişdi.