Qəlbimi bir qəm basıb,
Boş yerə sevgilər qoş.
Sən imkanlı, mən kasıb,
Bizdə xəyallardır boş.
Dərdi varmı varlığın?
Nə istəyib, onu görüb.
Dərdi var kasıblığın,
Çoxlu sevgilər bölüb.
Neynəyirəm dünyanı,
Nə gün göstərib mənə?
Kasıblığın qurbanı,
Sözün yönəldib mənə.
Cavan getdi, deyərsiz,
Qəbrimi siz qazarsız.
Nə gün gördüm, bilirsiz,
Məzarıma yazarsız.
Bu dərd ağırdır, ağır,
Şahiddir bu gecələr.
Bu dünyada qəm yağır,
O dünyada düzələr.
Nə vaxt içdən gülərəm?
İçim qana boyanar…
Yat daha sən, Mirələm,
İndi şəhər oyanar…
Mirələm Abbasov