Ötən bəzi xəbər
saytlarında Mingəçevirin Aran qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi barədə xəbər
yayılıb. Xəbərdə deyilir ki, "Kia Sorento" markalı avtomobil qatarla
toqquşub:
“Hadisə nəticəsində
dörd nəfər ağır xəsarət alıb. Onlardan ikisi qadındır.Kişilərdən birinin vəziyyətinin
çox ağır olduğu bildirilir”.
News365.az xəbər verir ki, məsələ ilə bağlı “Azərbaycan
Dəmir Yolları” QSC məlumat yayıb. Məlumatda deyilir ki, bu xəbər yanlışdır:
“Qatarla
toqquşma olmayıb. Gecə saatlarında "Kia Sorento" markalı avtomobilin
sürücüsü idarəetməni itirib, nəticədə avtomobil dəmiryol xəttinin orta hissəsinə
düşüb. Həmin vaxt qeyd edilən ərazidə qatar hərəkətdə olmayıb”.
News365.az