Məktəb ətrafında bir nəfərin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan və ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli News365.az-a bildirib ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.
Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib. "Tərəflər verdikləri izahatda bunun anlaşmazlıq olduğunu bildiriblər", - Lumu İsrəfilli qeyd edib.