Qarabağda yunan soyadları olan yeganə kəndi - Mehmana

Qarabağda yunan soyadları olan yeganə kəndi - Mehmana
09:28
Lavasidi, Akritidi, İoannidi, Stylianidi, Putakxidi və Papadopulo. Bu soyadlar sizə bir tarixi məlumat vermir. Lakin qeyd edim ki, bu soyadlar Kəlbəcər ərazisində olan yunan kəndi Mehmananın varlı ailələrinə məxsus idi.
Bu kənd Azərbaycan Respublikasının Ağdərə rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində olub. Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mehmana kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Lakin 2023-cü ildə təkrar Ağdərə rayonunun ərazisinə verilib..
Yaşayış məntəqəsinin əvvəlki əhalisi yunanlar "qreki" olduğu üçün kənd əvvəllar Qreklər adlandırılırdı. Çar Rusiyasi Azərbaycanın şimalını işgal etdikdən sonra burada gəlmə erməni ailələri yerləşdirilmişdi. Güman etmək olar ki, kəndin adı meyməna sözündəndir. Meyməna və ya barangar Səfəvilər dövründə ordunun sağ cinahı adlanırdı.
Mehmana kəndi 1830-cu illərdə Pontusun Argirupolisindən olan yunanlar tərəfindən məskunlaşdırılıb və bölgədəki qızıl mədənlərində çalışıblar və əldə ediblər.
Məlumat üçün bildirim ki, Azərbaycanda ilk yunanlar Qarabağın Mehmana kəndində məskun olub. 23 may 1830-cu ildə yunan icmasının başına Vasiliy Andrianov təyin edilir. 1851-ci ildə Harlanpiy Kundurov Ordubadda iki mis emalı zavodu inşa edir
Osmanlı ərazisindən bura keçən yunanlar Mehmana kəndində qiymətli metal filizi ehtiyatları əldə etdiklərinə görə daha çox yerlilərini bura cəlb ediblər və sıx məskunlaşdıqları ərazi olub.
1830-cu ildə gürcü ekzarxı protokahin Vasili Andrianovu yunan icmasının kilsəsinin başçısı təyin etmiş idi..
Qafqazdakı bütün Pontik yunan koloniyalarından ən ucqarı olsa da, maliyyə cəhətdən güclü idi.
1886-cı ildə təkcə Bakı quberniyasında 278, Mehmana kəndinin də daxil olduğu Yelizavetpol quberniyasında isə 658 nəfər yunan yaşayırmış.
1912-ci ildə aparılan siyahıyaalmaya görə, Mehmanada 60-a yaxın yunan yaşayırdı.
Sovet dövründə Dağlıq Qarabağ yunanlarının vətənləri Yunanıstanla gediş gəlişinə icazə verilirdi və demək olar ki,onların ehtiyaclarını Yunanıstan dövləti ödəyirdi.
Tarixi mənbələr kəndin yaxınlığında hələ yunanlar gəlməmişdən əvvəl geoloji kəşfiyyat işlərinin aparıldığını, qiymətli metalların (o cümlədən gümüşün) ən sadə üsullarla hasil edildiyini göstərir. Sakinlər sovet dövründə burada qurğuşun hasil edildiyini deyirlər. Lakin bu mədən insanların sağlamlığına baha başa gəldi - Mehmanlılar kəndə gedərkən zərərli maddələr daşıyaraq qurğuşun yataqlarından keçən su ilə bağlı xəstəlikdən əziyyət çəkdilər.
Birinci Qarabağ müharibəsi dövründə ermənilər yunanlara qarşı əsl vəhşilik siyasəti yürüdüblər. Ermənilər yunanları öz yurdlarından didərgin salıblar, evlərini yandırıblar. Ordan sağ çıxan yunanlar danışırlar ki, kənddən çıxmayan, öz evlərində qalmaq istəyən çoxlu sayda insandan bu günə qədər ümumiyyətlə xəbər yoxdur.
Ehtimal edilir ki, onlar işgəncə ilə öldürülüb.
Böyük bir qismi Yunanıstanın Saloniki, Drama, Kazani, Kavalla şəhərlərində məskunlaşr burdan xilas olanların. Amma Bakıda yaşamağı seçənlər də olub.
Ermənilər Mehmana kəndindəki yunan kilsələrini dağıdıb, onları öz məbədi kimi təqdim etməyə cəhd ediblər.
Keçmiş Mehmana sakinləri bu gündə kəndi unutmurlar. Rast gəldiyim bir müsahibədən sitatı yazıram:
"Biz heç vaxt Qarabağı və dost Azərbaycan xalqını tərk etmək fikrində olmamışıq. Amma 1990-1992-ci illərdəki siyasi qeyri-sabitlik bizi sevimli kəndimiz Mehmanadan həmişəlik tərk etməyə məcbur etdi"
İşğal dövründə bu kəndi ermənilər burdakı faydalı yataqları Türkiyəli iş adamı Mehmet Abdullaoğluna satılıb və 2004-cü ildən O buranı istismar edərək Rusiya və Almaniyaya ixrac edib. 2005-ci ilin mart ayından türk iş adamı M. Abdullaoğlu ərazidəki digər mis və qurğuşun yataqlarını da satın alıb. Azərbaycan ordusu antiterror əməliyyatı zamanı buranı həm erməni, həm də Türkiyəli iş adamının işğalından azad edib
Qeyd edim ki, burdan köçən yunan ailələrindən biri Mehmana adlı mahnı da yazıb ki, kənd xatirələrdən silinməsin.

Sizin reklam burada
Sizin reklam burada