Azərbaycanın keçmiş kənd təsərrüfatı naziri, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, “Qara Tofiq” ləqəbi ilə tanınan Tofiq Hüseynov vəfat edib.
News365.az xəbər verir ki, keçmiş nazir uzun illərdir yaşadığı İsveçrənin Bazel şəhərində dünyasını dəyişib. O, son illər ağır xəstəlikdən əziyyət çəkirdi və müalicə alırdı.
Bu ilin fevral ayında onun səhhətinin kəskin ağırlaşdığı barədə də məlumatlar yayılmışdı.