ABŞ-nin keçmiş prezidenti Cozef Bayden prezidentlik varisi Donald Trampın Ukrayna münaqişəsinin həllinə yanaşmasını tənqid edib. O, bu barədə BBC-yə müsahibəsində danışıb.
Bayden Donald Trampın yanaşmasını şərh edərkən "Bu, müasir sakitləşdirmə siyasətidir" deyib.
ABŞ-nin keçmiş prezidenti Rusiya rəhbəri Vladimir Putinə də söz atıb. Onun sözlərinə görə, Vladimir Putin Ukraynanı Rusiyanın bir hissəsi hesab edir.
"Vladimir Putin belə hesab edir ki, onun Ukraynaya tarixi iddia və hüquqları var... O, Sovet İttifaqının dağılması ilə barışa bilmir. Putinin dayanacağını düşünən hər kəs sadəcə olaraq axmaqdır",- Bayden deyib.
Tural