Pul qazanmaq üçün ən yaxşı ölkə - Niderlandda həyat düşündüyümüzdən fərqliymiş! - VİDEO

Pul qazanmaq üçün ən yaxşı ölkə - Niderlandda həyat düşündüyümüzdən fərqliymiş! - VİDEO
05 İyn 2025 18:30

Ləçəklərin içində gizlənmiş bir Avropa nağılı... Bu kiçik ölkə dünyanın ən böyük güllər bazarına, dənizlə mübarizəyə qalib gəlmiş şəhərlərə və velosipedlə yaşayan insanlara ev sahibliyi edir. Bəs, külək dəyirmanları, kanallarla dolu Amsterdam və rəngarəng tulpan tarlalarının arxasında necə bir həyat yatır? Bu videoda Niderlandın həm tarixi, həm də bu günkü cazibəsini bir yerdə kəşf edəcəyik. Hazırsınızsa, başlayaq!

Səfərləri sevirsinizsə və Avropa ölkələrinə maraq göstərirsinizsə, yəqin ki, Niderlanda getməyi arzulamısınız. Dünyada demək olar ki, hər bir səyyahın xəyalını bəzəyən, müxtəlif millətlərə mənsub insanları bir arada saxlayan, azadlığın, incəsənətin və əyləncənin vətəni olan Niderland, dünyanın ən müasir və inkişaf etmiş ölkələrindən biri hesab olunur. Niderland Qərbi Avropada yerləşən və eyni zamanda müxtəlif adalara sahib olan krallıq ölkəsidir.

Bu ölkədə parlamentli monarxiya üsul-idarəsi mövcuddur və əhalisinin kökləri qədim German tayfalarına dayanır. Niderland tarixçiləri 1600-cü illəri ölkənin "qızıl dövrü" kimi dəyərləndirirlər. Həmin dövrdə Avropanın bir çox ölkəsində avtoritar rejimlər güclənmişdi. Müharibədən qaçan Avropalı varlılar və ziyalılar Niderlanda köçmüş, bununla da ölkə çoxmədəniyyətli bir quruluşa çevrilmişdi. Sonradan ölkədə azadlıq yönümlü və güclü iqtisadi siyasətlər tətbiq olunmuş və bu günkü müasir Niderlandın təməli qoyulmuşdur. Əlavə olaraq, kəşflər dövründən də çox yaxşı faydalanaraq qurduqları ticarət şəbəkələri ilə böyük bir cazibə mərkəzinə çevrilmişdilər.


Həqiqətən də bu gün hollandlar sahib olduqları rifah və xoşbəxtlik səviyyəsi ilə qibtə ediləcək xalqlardan biri sayılır. Sözün əsl mənasında, onlar indi də öz qızıl dövrlərini yaşayır və həyatın bütün gözəlliklərindən faydalanmağa davam edirlər. Bu ölkənin əhalisi Felemenkcənin bir dialekti olan holland dilində danışır və bu dil bəzi çevrələr tərəfindən alman dilinə bənzədilir. Ölkə ərazisinin böyük hissəsi dəniz səviyyəsindən aşağıda yerləşdiyinə görə ingiliscə "Netherlands" (aşağı torpaqlar) adını da buradan almışdır. Ölkənin tamamilə düzənlik üzərində qurulduğunu söyləmək mümkündür. Bu hal hər nə qədər sel təhlükəsi baxımından təhlükəli görünsə də, hollandların illər ərzində qurduğu mükəmməl bənd və kanal sistemi ölkəni tam qoruyacaq səviyyədədir. Niderlandın Amsterdam kimi dünyaca tanınmış paytaxtı var. Bu şəhər Rotterdamdan sonra ölkənin ən sıx əhalili ikinci şəhəri sayılır. Turistlər isə əsasən Niderlanda səfərlərini Amsterdam mərkəzli etməyə çalışırlar. Çünki bu şəhər həqiqətən çox məşhurdur və bir-birindən maraqlı tədbirlər burada keçirilir. Məsələn, dünyanın ən yaxşı orkestri hesab edilən Hollandiya Kral Musiqiçiləri bu ölkədə böyük maraq görür. Həmçinin, dünyaca məşhur Red Street də bu şəhərdə yerləşir. Zənnimcə, Amsterdamı ziyarət edib Red Street-i görmədən geri dönən turist yoxdur. Digər tərəfdən, Amsterdamda insanlardan çox velosiped görsəniz, təəccüblənməyin. Çünki bu ölkə velosiped istifadəsinin ən geniş və ən təhlükəsiz olduğu nağılları xatırladan ölkələrdən biridir.


İnsanlar avtomobil, tramvay və ya avtobus əvəzinə velosipedlə hərəkət etməyə üstünlük verirlər. Buna görə də ölkədə bol sayda velosiped yolları görmək və bir yerdən digər yerə sürətlə velosiped sürən yerli insanlarla rastlaşmaq mümkündür. Şəhərdə bir başqa diqqətçəkən məqam isə budur:


Amsterdamda evlər adətən bir-birinə bitişik və dar şəkildə inşa olunub. Çünki şəhərdə evlərin eni artdıqca vergilər də yüksəlir. Buna görə də iki bina arasındakı məsafə demək olar ki, yoxdur.


Bu ölkəni maraqlı edən daha bir çox amil mövcuddur. Məsələn, Amsterdamı tort kimi dilim-dilim ayıran yüzlərlə kanal və minlərlə körpü var. Hətta insanlar oradakı külək dəyirmanlarını və təbiətlə iç-içə olan möhtəşəm memarlığı görəndə öz ölkələrinə qayıtmaq istəmirlər.


Buna nümunə olaraq Amsterdamı ziyarət edən hər kəsin mütləq baş çəkdiyi Wallendam sahil qəsəbəsini və Marken adasını göstərmək olar. Bu iki qəsəbə o qədər möhtəşəm gözəlliyə malikdir ki, insana "doğrudanmı bu yer bu dünyaya aiddir, yoxsa cənnətdir?" dedirdir. 


Möhtəşəm təbiətinə və unikal memarlığına baxmayaraq, əlbəttə ki, bu ölkənin də çatışmaz tərəfləri var. Məsələn, Niderlanda getsəniz, yemək mədəniyyəti baxımından bir qədər məyus ola bilərsiniz. Azərbaycan mətbəxindən fərqli olaraq, burada o qədər də çox çeşid tapa bilməzsiniz. Bəlkə də soyuq iqlimlərinə görə zəngin mətbəx mədəniyyəti formalaşmayıb. Ənənəvi yeməkləri əsasən ət, kələm və kartof ətrafında cəmləşir desək, yanılmarıq.


Amma yenə də ora gedəndə dadmalı olduğunuz bir vacib məhsul var: bu da Hollanda pendiridir. Çox güman ki, bütün gün yaşıl otlaqlarda otlayan inəklərin südü ilə hazırlandığı üçün pendirləri inanılmaz dərəcədə ləzzətlidir. İsveçrə ilə birlikdə dünyaya ən çox pendir ixrac edən ölkələr sırasındadırlar. Pendirləri adətən yumşaq və süd qoxulu olur, amma yaşlandıqca müxtəlif növləri meydana çıxır. Əlavə olaraq, müxtəlif ədviyyatlarla dadlandırılmış pendirlər də çox məşhurdur və geniş satılır.


Hollandanın dünya bazarına çıxardığı və markalaşdığı digər bir sektor isə lalə istehsalıdır. Bu ölkədəki lalə bağçaları, taxta çəkmələrlə birlikdə Hollandanın əsas simvollarından birinə çevrilib. 


Amsterdam şəhər mərkəzindən bir qədər uzaqdakı lalə bağçalarına getsəniz, orada təkcə lalələr deyil, min bir rəngdə digər çiçəkləri də görə bilərsiniz. Yaxud şəhər mərkəzində qalaraq “Klompen” adlanan taxta çəkmələrə və digər suvenir məhsullara da baxa bilərsiniz. 

Əgər getsəniz və aliş veriş etmək istəsəniz, şəhər mərkəzində kredit kartları keçsə də, kənd və ucqar bölgələrdə kredit kartının keçmədiyinin şahidi ola bilərsiniz. 


Bəs Niderland insanları necə insanlardır? Bir çoxlarına görə, hollandlar son dərəcə açıq fikirli və nəzakətli insanlardır. Məsələn, restoranlarda ofisiantlar yüksək səslə deyil, sakit şəkildə çağırılır və bu məsələyə xüsusi diqqət yetirilir. Hətta mümkün qədər əl işarələri ilə çağırmaq bir ədəbsizlik sayılmır, əksinə vacib etik qaydadır. Bundan əlavə, onlar şişirdilmiş tərifləri sevməzlər və insanlara adları ilə müraciət edərlər. Lakin bir hollandla səmimi münasibətiniz varsa, alışmadığınız salamlaşma formasına rast gələ bilərsiniz.


Normalda sağ və sol yanaq olmaqla iki dəfə öpüşülən salamlaşmalar, Hollanda üçün bir az fərqlidir – sağ, sonra sol, sonra yenə sağ olmaqla üç dəfə öpüşülür. Əlavə olaraq, əgər orada xidmət sektorunda işləyəcəksinizsə, çayavoy məsələsini unutsanız yaxşı olar. Çünki hollandlar xidmət göstərməyin restoran və ya kafelərdə çalışanların əsas vəzifəsi olduğunu düşünürlər və çay pulu verməyi zəruri saymırlar. Hollanda kişiləri dünyanın ən uzunboylu insanları arasında göstərilir və pivəyə olduqca düşkün olduqları bildirilir. Hətta Avropanın ən böyük pivəxanaları bu ölkədə yerləşir.


Niderland eyni cinsdən olan şəxslərin evliliyini qanuniləşdirən ilk ölkələrdən biridir. 2001-ci ildən bu yana insanlar burada eyni cinslərlə evlənə bilirlər. Dini baxımdan isə əhali əsasən Xristianlığa meyilli görünür. 


Buna baxmayaraq, ölkə əhalisinin yarısına yaxını özünü heç bir dinə mənsub saymır. Peşə sahəsində isə insanlar gəmiçilik, balıqçılıq, ticarət və bankçılıq kimi sahələrdə çalışır və kənd təsərrüfatında da yüksək texnologiyalardan istifadə etməklə bir çox məhsul ixrac edirlər. Avropada işsizlik səviyyəsi ən aşağı olan ölkələrdən biri kimi tanınır və azsaylı əhalisinə baxmayaraq dünya iqtisadiyyatına istiqamət verir. Niderland digər ölkələrdən fərqli olaraq, idarəetmə Amsterdamdan aparılmır. Keçmişdə müharibə canilərinin mühakimə edildiyi və dünyada hələ də ədalətin mövcud olduğunu sübut edən LAHEY Beynəlxalq Ədalət Məhkəməsi bu ölkənin idarəetmə mərkəzidir. Bura eyni zamanda Birləşmiş Millətlərin ən mühüm diplomatik mərkəzlərindən biridir. Bu məhkəmənin qəbul etdiyi bütün qərarlar onu tanıyan ölkələr tərəfindən keçərli hesab olunur. 


Bəs Azərbaycandan Niderlanda Necə Getmək Olar? Sərtlər və xərclər nələrdən ibarətdir? Son olaraq buna baxaq. Azərbaycan vətəndaşları Niderlanda getmək üçün Şengen vizası almalıdır. Bakıdan Amsterdam və ya digər şəhərlərə birbaşa və ya tranzit reyslər mövcuddur. Qiymətlər və reyslər mövsümə görə dəyişir. Əgər təhsil və ya iş məqsədilə gedirsinizsə, universitetdən qəbul məktubu və ya iş dəvəti, həmçinin Niderlandda qalacağınız yer haqqında məlumat təqdim olunmalıdır. Şengen vizası ilə 90 günədək qalmaq mümkündür. Daha uzun müddət qalmaq üçün müvafiq uzunmüddətli viza və ya icazə alınmalıdır.




Sizin reklam burada
Sizin reklam burada