ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskidən təslim olmağı və onun istefa verməsini tələb etməlidir. Bu barədə Helsinki Universitetinin professoru, ekspert Tuomas Malinen X (keçmiş Twitter-red.) sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Zelenskiyə deyin ki, təslim olsun və istefa versin",- o, deyib.
Finlandiyalı professor qeyd edib ki, ABŞ həqiqətən də sülhə can atırsa, Zelenskinin istefasını tələb etməlidir.
Bundan əvvəl konqresmen Viktoriya Sparts da Ukraynanın itirilmiş ərazilərindən imtina etməli və Vladimir Zelenskinin istefasını tələb etməli olduğunu bildirmişdi.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural