"Gürcüstan, Ermənistan və Azərbaycan arasında əməkdaşlıq prosesi genişlənməkdədir".
News365.az APA-ya istinadla xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Biz uzunmüddətli perspektivdə yeni regional təhlükəsizlik arxitekturası da qururuq və bütün ölkələr üçün sülh və təhlükəsizliyi təmin etməyə çalışırıq. Bu əməkdaşlıq xətti çərçivəsində gələcəkdə iki geosiyasi ittifaq arasında münasibətlərin də inkişaf etdirilməsi nəzərdə tutulur. Buna isə ictimaiyyətə açıq, inklüziv regional əməkdaşlıq modeli təqdim etməklə nail olunub”, - Hikmət Hacıyev qeyd edib.