Xəbər verdiyimiz kimi, gəncəli müğənni Xaliq Əkbər vəfat edib.
News365.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü sənətçinin gecə saatlarında ürəktutması nəticəsində dünyasını dəyişdiyi bildirilir.
Müğənninin ölümündən sonra sosial şəbəkələrdə ona aid olduğu deyilən son görüntülər yayılıb. Həmin kadrlarda Xaliq Əkbər canlı ifa zamanı mahnı səsləndirərkən görüntülənib.
Duyğusal anlar yaşadan video qısa zamanda geniş yayılıb. İzləyicilər paylaşımın altında mərhum sənətçiyə rəhmət diləyiblər.