BMT Azərbaycan üçün enerji keçidi üzrə yol xəritəsini işə salıb

BMT Azərbaycan üçün enerji keçidi üzrə yol xəritəsini işə salıb
21:40

Bakı Enerji Həftəsində Azərbaycan üçün 7-ci Dayanıqlı İnkişaf Məqsədi üzrə yol xəritəsinin rəsmi olaraq işə salınması baş tutub.

News365.az xəbər verir ki, BMT baş katibinin müavini və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsia Aliscahbananın Bakı Enerji Həftəsinə videomüraciətində qeyd etdiyi kimi, bu sənəd enerji səmərəliliyinin artırılması, elektromobilliyin təşviqi və Azərbaycanın "yaşıl enerji" üzrə regional hab kimi rolunun gücləndirilməsi kimi əsas istiqamətləri əhatə edir.

"Mərkəzi Asiya bərpaolunan enerji, o cümlədən günəş, külək və hidroenergetika üzrə əhəmiyyətli resurslara malikdir, həmçinin əsas enerji bazarlarının kəsişməsində strateji coğrafi mövqe tutur", - deyə o bildirib və əlavə edib ki, regionda enerji transformasiyasını sürətləndirmək üçün bərpaolunan enerji mənbələri layihələrinə qoyulan investisiyaların həcmini artırmaq, elektrik şəbəkəsi infrastrukturunun modernləşdirilməsini həyata keçirmək, özəl kapitalın cəlb edilməsi üçün əlverişli mühit formalaşdırmaq və transsərhəd elektrik enerjisi mübadiləsini genişləndirmək lazımdır.

"Bu kontekstdə Azərbaycan "yaşıl energetika" üzrə regional mərkəz kimi öz mövqelərini gücləndirir", - S. Aliscahbana vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada