Fransa İsrailə bunu qadağan etdi

Fransa İsrailə bunu qadağan etdi
20:20

Fransa İsrailin müdafiə sərgisində rəsmi iştirakını qadağan edib.


News365.az xəbər verir ki, Fransa hökuməti iyunun 15-18-də Parisdə keçiriləcək “Eurosatory” müdafiə sərgisində İsrailin rəsmi iştirakına qadağa qoyub.


Qərara əsasən, İsrail hökuməti və Müdafiə Nazirliyinin nümayəndələri sərgidə iştirak edə və milli pavilyon təşkil edə bilməyəcəklər.

Bununla yanaşı, özəl İsrail müdafiə şirkətlərinə müəyyən şərtlərlə sərgiyə qatılmağa icazə verilib. Onlar yalnız hava və raket hücumundan müdafiə sistemlərini nümayiş etdirə biləcəklər. Hücum xarakterli silah sistemlərinin sərgidə təqdim olunmasına icazə verilməyəcək.



Sizin reklam burada
Sizin reklam burada