Rusiya Ermənistandan növbəti məhsulların idxalına qadağa qoydu

Rusiya Ermənistandan növbəti məhsulların idxalına qadağa qoydu
22:40

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") iyunun 2-dən etibarən Ermənistandan çəyirdəkli meyvələrin və üzümün idxalını məhdudlaşdıracaq.

News365.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Çəyirdəkli meyvələr arasında məhdudiyyətlər albalı, gilas, gavalı, şaftalı və nektarinə şamil edilib.

"Rosselxoznadzor"un məlumatına görə, Ermənistan meyvələrin Rusiyaya idxalı qaydalarını dəfələrlə pozub. Ermənistan İqtisadiyyat Nazirliyi tərəfindən Avrasiya İqtisadi İttifaqının tələblərinə uyğunsuzluq hallarının tez-tez təkrarlanması səbəbindən "Rosselxoznadzor" hesab edir ki, sözügedən qurum struktur problemləri yaşayır və Kənd Təsərrüfatı Nazirliyi ləğv edildikdən sonra onun üzərinə qoyulan səlahiyyətlərin öhdəsindən gələ bilmir.


Sizin reklam burada
Sizin reklam burada