Cəlilabadda bədbəxt hadisə nəticəsində azyaşlı ölüb.
News365.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.
Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov su anbarına düşərək boğulub.
Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.