İsrail Livanın Tirin şəhərində xəstəxana yaxınlığını vurub

İsrail Livanın Tirin şəhərində xəstəxana yaxınlığını vurub
20:40

İsrail Livanda xəstəxana yaxınlığını vurub.


News365.az xəbər verir ki, İsrail ordusunun Livanın cənubundakı Tir (Tyre) şəhərində yerləşən Cəbəl Amel Xəstəxanasının yaxınlığına zərbə endirdiyi bildirilir.


Məlumata görə, hücum nəticəsində tibb müəssisəsinə ziyan dəyib, xəstəxanada və ətraf ərazidə fəaliyyətə ciddi təsir göstərilib. Hadisə bölgədə onsuz da ağırlaşan humanitar vəziyyəti daha da gərginləşdirib və mülki əhalinin səhiyyə xidmətlərinə çıxışını çətinləşdirib.


Rəsmi qurumlar tərəfindən ölən və yaralananlarla bağlı hələlik dəqiq məlumat açıqlanmayıb. 

Hadisənin təfərrüatları araşdırılır.



Sizin reklam burada
Sizin reklam burada