Maaşların gecikdirilməsi iddiaları: TƏBİB-dən rəsmi açıqlama

Maaşların gecikdirilməsi iddiaları: TƏBİB-dən rəsmi açıqlama
19:20

Son aylarda poliklinikalarda çalışan tibb işçilərinin maaşlarının gecikdirilməsi ilə bağlı narazılıqlar artmışdı. Sosial şəbəkələrdə tibb işçiləri əməkhaqlarının vaxtında ödənilməməsindən şikayət edir, hətta müqaviləyə əsasən maaşı ayın 10-dək verilməli olanların da ödənişlərinin gecikdiyini bildirirdilər.

News365.az xəbər verir ki, bununla bağlı Musavat.com-a da çox sayda şikayət daxil olub.

Məsələ ilə bağlı TƏBİB-dən Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, artıq bu ay əməkhaqlarının ödənilməsində dəyişiklik tətbiq olunub. Qurumun açıqlamasına görə, bu gün – ayın 1-də ilk dəfə olaraq bütün tibb müəssisələrinə əməkhaqları tam şəkildə köçürülüb.


Sizin reklam burada
Sizin reklam burada