Alimlər 2 min illik Antikitera mexanizminin sirrini açmağa çalışırlar.
News365.az xəbər verir ki, qədim yunanlara aid Antikitera mexanizmi dünyanın ən qədim analoq kompüterlərindən biri hesab olunur. Təxminən 2 min il əvvəl hazırlanan bu mürəkkəb qurğu dişli çarxlar vasitəsilə Günəş və Ayın hərəkətini, tutulmaları və astronomik hadisələri hesablamaq üçün istifadə edilib.