Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
News365.az “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Məhəmməd Böyükağa oğlu Nağıyev yaşadığı evin həyətində yerləşən su quyusuna düşərək boğulub.
Meyit Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, M.Nağıyev Birinci Qarabağ müharibəsi iştirakçısı olub.
Faktla bağlı araşdırma aparılır.