Polşa XİN həmvətənlərini Belarusu dərhal tərk etməyə çağırıb

Polşa XİN həmvətənlərini Belarusu dərhal tərk etməyə çağırıb
16:05

Polşanın Xarici İşlər Naziriliyinin mətbuat katibi Pavel Vronskiy Belarusda olan həmvətənlərinə müraciət edərək, onları dərhal respublika ərazisini tərk etməyə çağırıb.

News365.az xəbər verir ki, onun müraciətini “RMF24” radiostansiyası yayıb.

“Bu (Belarus – red.) demokratik ölkə deyil və Polşaya dost olmayan ölkədir. İstərdim ki, bu xəbərdarlığa kifayət qədər ciddi yanaşılsın”, - deyə diplomat bildirib.

O qeyd edib ki, vəziyyətin gərginləşəcəyi təqdirdə polşalı vətəndaşların Belarusdan təxliyəsi çətinləşəcək və ya ümumiyyətlə, mümkünsüz olacaq.


Sizin reklam burada
Sizin reklam burada