Polkovnik-leytenant vəfat etdi

Polkovnik-leytenant vəfat etdi
09:50

Daxili Qoşunların sıralarında xidmət yolu keçmiş, müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Soltan Mahmudov Gəncə şəhərində vəfat edib.

News365.az xəbər verir ki, bu barədə "Qarabağ Qaziləri" Birliyindən bildirilib.

​Soltan Mahmudov Daxili Qoşunlarda müxtəlif məsul vəzifələrdə, o cümlədən hərbi hissə komandirinin texniki hissə üzrə müavini kimi xidmət edib.

Mərhumla vida mərasimi 25 iyul tarixində Gəncə şəhərində keçiriləcək.

Allah rəhmət eləsin.


Sizin reklam burada
Sizin reklam burada