PKK-nın tərksilah edilməsi prosesinin ən gec sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır.
News365.az "Yeni Şafak" qəzetinə istinadən xəbər verir ki, silahlar İraqın şimalında xüsusi ayrılmış ərazilərə təhvil veriləcək.
Sıravi üzvlərdən fərqli olaraq, təxminən 250 nəfərlik PKK rəhbərliyinin Türkiyə ilə həmsərhəd olan İraq və Suriyada olmasına icazə verilməyəcək. Onlar üçüncü ölkələrə gedə biləcəklər, lakin kütləvi şəkildə orada yerləşdirilməsinə icazə verilməyəcək.
Kürd yaraqlılarının silahları təhvil verməsinin sonrakı mərhələləri mediada yayımlanmayacaq.
Qeyd edək ki, 30 nəfərlik PKK döyüşçüsünün ilk qrupu tərksilah prosesi çərçivəsində silahlarını iyulun 11-də təhvil verib. Mərasim İraqın Süleymaniyyə vilayətində baş tutub.