NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək

NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
17:10

NATO-ya daxil olan ölkələr 2025-ci ildə müdafiə sahəsinə 1,5 trilyon dollardan çox vəsait xərcləməyi planlaşdırır.

News365.az xəbər verir ki, bu barədə məlumatı alyansın hesabatına istinadən “Bloomberg“ verib.

    Sənədə əsasən, 2025-ci ildə üzv ölkələr müdafiə xərclərini ÜDM-in 2%-nə çatdıracaq. 2035-ci ilə qədər isə NATO üzvləri bu göstəricini ümumilikdə 5%-ə qədər artırmağı hədəfləyirlər. Bunun 3,5%-i "əsas müdafiə ehtiyacları"na, 1,5%-i isə digər müdafiə ilə bağlı sahələrə yönəldiləcək.

    “Bloomberg“in hesablamalarına görə, 2025-ci ildə NATO ölkələri artıq 1,4 trilyon dollar xərcləyib. Bu, 2024-cü illə müqayisədə 100 milyard dollar çoxdur. 2024-cü ildə bu göstərici 1,3 trilyon dollar olub.


    Sizin reklam burada
    Sizin reklam burada